11 iyun 2026 09:43
116

Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.

“İki sahil” xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, başsağlığında deyilir: “Pakistan Ordusuna məxsus Mİ-17 tipli helikopterin yaranmış texniki nasazlıq səbəbindən Müzəffərabad şəhəri yaxınlığında qəzaya uğraması və ekipaj üzvlərinin həlak olması barədə xəbər məni dərindən kədərləndirdi.

Baş vermiş aviaqəza nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.