11 iyun 2026 12:13
104

İran Oman sahilləri yaxınlığında tankerin ABŞ tərəfindən vurulduğunu bildirib

Oman sahilləri yaxınlığında üzən bir tankerdə yanğın baş verib.

“İki sahil” xəbər verir ki, hadisə barədə məlumatı Böyük Britaniyanın United Kingdom Maritime Trade Operations yayıb.

İran rəsmiləri isə yanğının səbəbinin ABŞ-a məxsus mərminin gəmiyə dəyməsi olduğunu iddia ediblər.

UKMTO-nun məlumatına görə, insident Omanın Sohar şəhərindən təxminən 39 kilometr şimal-şərqdə qeydə alınıb. Hadisə nəticəsində yaralananlar və ya ətraf mühitə dəyən mümkün zərər barədə hələlik məlumat verilməyib.

Məlumata əsasən, gəmidə beş nəfər ekipaj üzvü olub. Onlar yaxınlıqdan keçən digər gəmilər tərəfindən xilas edilərək Omana çatdırılıblar. Bu barədə Mehr News Agency məlumat yayıb.