08–11 iyun tarixlərində Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında daimi fəaliyyət göstərən Birgə Komissiyanın 55-ci iclası İran İslam Respublikasında keçirilib.
“İki sahil” xəbər verir ki, iclas Birgə Komissiyanın Azərbaycan tərəfdən həmsədri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev və İran tərəfdən həmsədri, İran İslam Respublikası Energetika Nazirliyinin Sərhəd Çayları üzrə Baş İdarəsinin rəisi xanım Fəriba Avəridənin rəhbərliyi ilə baş tutub.Tədbirdə Regional Su Meliorasiya Xidmətinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Azərenerji” ASC-nin nümayəndələri iştirak ediblər.
İclas çərçivəsində Araz çayının su ehtiyatlarının iki ölkə arasında bölüşdürülməsi ilə bağlı iş rejimləri hazırlanaraq təsdiq olunub. Bununla yanaşı, çaydan götürülən suyun monitorinqinin aparılması, suyun keyfiyyətinə nəzarət, çayda müasir tipli yeni suölçmə qurğularının quraşdırılması və digər qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.
Müzakirələrin yekunu olaraq tərəflər arasında görüləcək işləri əhatə edən yekun protokol imzalanıb.
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir
Prezident gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısının genişləndirilməsini təsdiq edib
Ceyhun Bayramov: Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb