Məşhur müğənni Rəvan Qarayev Bakının ən sevilən açıq hava səhnələrindən biri olan Yaşıl Teatrda konsert proqramı ilə çıxış etməyə hazırlaşır.
“İki sahil” xəbər verir ki, “Məktub yazıram” adlanan gecədə ifaçının dinləyicilər tərəfindən sevilən “Sənə Məktub Yazıram”, “Tənhayam” və “Gələn Gedir” kimi hit mahnılarının səsləndirilməsi gözlənilir. Gecə ərzində canlı ifalar və xüsusi səhnə proqramı da nəzərdə tutulur.
Konsert proqramı 14 avqustda baş tutacaq. Biletləri iticket.az-dan əldə etmək mümkündür.