11 iyun 2026 20:02
107

"Sabah" heyətini "Lill"in futbolçusu ilə gücləndirib

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

“İki sahil” xəbər verir ki, klubdan verilən məlumata görə, fransalı vinger Yunis Laçab bundan sonra "bayquşlar"ın uğurları üçün çalışacaq.

Laçab Fransanın "Lill" klubundan bir illik icarəyə götürülüb.

"Lill" klubunun yetirməsi olan 21 yaşlı futbolçu karyerası ərzində klubun əsas və ikinci komandalarında çıxış edib.