11 iyun 2026 22:19
97

Konqoda "Ebola" virusuna yoluxanların sayı 676-ya çatıb

Konqo Demokratik Respublikasında (KDR) laboratoriyada təsdiqlənmiş "Ebola" virusuna yoluxma hallarının sayı 676-ya çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə Konqo Rabitə və Media İşləri Nazirliyi gündəlik bülletenində məlumat verib.

Hazırkı epidemiya zamanı "Ebola"dan ölənlərin sayı 136-ya çatıb. Bundan əvvəl 635 yoluxma və 127 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Konqo Demokratik Respublikasında həkimlər və tibb işçiləri bu gün "Ebola" epidemiyası zonaları da daxil olmaqla, ölkə miqyasında qeyri-müəyyən tətil elan ediblər. Onlar daha yüksək əmək haqqı, iş şəraitinin yaxşılaşdırılması və "Ebola" xəstələri ilə işləmək üçün əlavə ödənişlər tələb edirlər.