12 iyun 2026 12:14
76

Məhsuldarlığın maksimum dərəcədə artırılması aqrar sahənin qarşısında duran əsas vəzifələrdəndir

Məhsuldarlığın maksimum dərəcədə artırılması bu gün aqrar sahənin qarşısında duran əsas vəzifələrdəndir. Burada əsas məqsəd yalnız əkin sahələrinin və heyvanların baş sayının artırılması deyil, mövcud torpaq və su resurslarından, damazlıqdan və yem bazasından daha səmərəli istifadə etməklə hər hektardan və hər heyvandan daha çox, daha keyfiyyətli məhsul əldə etməkdir.

“İki sahil” xəbər verir ki, bu fikirləri Aqrar sahədə yeni Dövlət Proqramının tanıtımı ilə bağlı Göygöldə keçirilən regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.

O bildirib ki, hədəf rayonlarda orta məhsuldarlığın 50 sentnerə, dəmyə rayonlarında isə 30 sentnerə çatdırılmasıdır. Perspektiv rayonlarda isə 2029-cu ildən sonra məhsuldarlıq hədəfi 50 sentner kimi müəyyən edilir.

Həmçinin birillik əkinlər üçün banklar tərəfindən fermerlərə verilən kreditlərin illik faiz dərəcəsinin 19 faizi keçməyən hissəsinin dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulur. Bu, fermerlərin maliyyə yükünü azaltmaq və əkin dövriyyəsinə daha rahat vəsait cəlb etmək baxımından mühüm dəstəkdir.