Azad edilmiş ərazilərdə aqrar fəaliyyətin genişləndirilməsi istiqamətində görülən işlər nəticəsində cari təsərrüfat ilində 49,9 min hektar sahədə taxıl əkini aparılıb.
“İki sahil” xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov Zəngilanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə regional müşavirədə bildirib. Nazirin sözlərinə görə, son 5 il ərzində Kəlbəcər və Laçın yaylaqlarına 1,3 milyon baş heyvan və 590 min arı ailəsinin köçürülməsi təmin edilib.
Məcnun Məmmədov qeyd edib ki, həmin dövrdə 1 745 hektar yeni meyvə bağlarının salınması, 120 min hektardan çox sahədə aqrokimyəvi analizlərin aparılması və 32 min hektardan artıq ərazidə bitki mühafizə tədbirlərinin görülməsi təmin olunub. O bildirib ki, 136 min başdan çox heyvanın peyvənd edilməsi bölgədə epizootik sabitliyin qorunmasına xidmət edir.
Nazirin sözlərinə görə, həyata keçirilən tədbirlər azad edilmiş ərazilərdə aqrar istehsalın bərpası və davamlı inkişafı üçün möhkəm baza yaradır.
İqtisadiyyatın strukturunda ekoloji innovasiyalara dayanan sahələrin payını artırmalıyıq - Sadiq Qurbanov
Balıqçılıq sahəsinin inkişafı ölkədə yeni istehsal zəncirinin formalaşmasına töhfə verəcək
Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək
Göygöldə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib - YENİLƏNİB