12 iyun 2026 21:09
100

Pezeşkian: Milli birlik İrana qarşı planların qarşısını almaqda həlledici rol oynadı

Milli birlik və həmrəylik İrana qarşı məkrli planların qarşısını almaqda həlledici rol oynadı.

“İki sahil”in məlumatına görə, İran mediası yazır ki, İran Prezidenti Məsud Pezeşkian bunu Tehranda keçirilən İran Tibb Elmləri Akademiyasının Baş Assambleyasında çıxış edərkən deyib.

Pezeşkian bildirib ki, İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneiyə, yüksək rütbəli hərbi komandirlərə, elm adamlarına və İranın elmi potensialına edilən hücumlar düşmənlərin İranın tərəqqisinə və inkişafına mane olmaq səylərini əks etdirir.

İran Prezidenti vurğulayıb ki, İran xalqı xarici təzyiq və təhdidlərə baxmayaraq, ölkənin müstəqilliyini, milli ləyaqətini və ərazi bütövlüyünü müdafiə etməyə davam edəcək.