Ukrayna ABŞ-dən Rusiyanın "Oreşnik" raketi ilə mümkün hücumu barədə məlumat alıb.
“İki sahil” "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna hakimiyyətindəki mənbə bildirib.
"Bəli, ilkin olaraq, belə bir məlumat var idi", - o deyib.
Xəbərdə həmçinin qeyd olunub ki, ABŞ administrasiyasından və ya bu ölkənin Kiyevdəki səfirliyindən rəsmi bəyanat, ya da xəbərdarlıq hələ ki yoxdur.
Daha əvvəl Ukrayna Silahlı Qüvvələri yaxın sutka ərzində belə bir zərbənin endirilməsi ehtimalı barədə xəbərdarlıq edib və vətəndaşları hava həyəcanı siqnallarına etinasız yanaşmamağa çağırıb.