ABŞ Silahlı Qüvvələri Vaşinqtonun Hörmüz boğazında İranın ticarət gəmilərinə hücuma hazırlaşdığını iddia etdiyi bir neçə dronunu vurub.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) bildirib.
"İran Hörmüz boğazından keçən ticarət gəmilərinə zərbə endirmək üçün bir neçə hücum dronunu işə salıb. ABŞ qüvvələri son saatlarda bütün dronları vurub və boğazdan gəmilərin hərəkəti maneəsiz davam edir", - bəyanatda deyilir.
CENTCOM beynəlxalq ticarət dəhlizinin gəmiçilik üçün açıq qaldığını vurğulayıb.
"Anthropic" ABŞ hakimiyyətinin tələbi ilə ən son süni intellekt modellərini deaktiv edib
ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub