Ağdamda çobanlar arasında mübahisə faciə ilə nəticələnib.
Hadisə Ağdam rayonunun işğaldan azad edilmiş Çullu kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata əsasən, yeyib-içdikdən sonra çobanlar arasında yaranan mübahisə silahlı insidentə çevrilib. Rayon sakini, 1979-cu il təvəllüdlü Elşad Gözəlov ov tüfəngi ilə 1975-ci il təvəllüdlü Rövşən Şirinova atəş açıb. Nəticədə qol nahiyəsindən xəsarət alan R.Şirinov xəstəxanaya yerləşdirilib.
Hadisədən sonra Elşad Gözəlov həmin tüfənglə özünə atəş açaraq həyatına son qoyub.
Yaralının müalicəsi Ağdam Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Trend