"ABŞ və İran arasında hərbi əməliyyatlar tamamilə bitsə belə, Avropa İttifaqı İran əleyhinə sanksiyaları ləğv etməyi planlaşdırmır. Tehran əvvəlcə kütləvi qırğın silahlarından imtina etməli və insan haqlarına hörmət etməlidir".
“İki sahil” xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bəyan edib.
Qadın diplomat döyüşlər nəhayət dayandırıldıqdan və regionda sülh bərpa edildikdən sonra Aİ-nin ABŞ-ın ardınca İrana qarşı sanksiyaları ləğv etməyə hazır olub-olmadığı ilə bağlı sualı belə cavablandırıb:
"İrana qarşı iki sanksiya mexanizmimiz var və bunlar iki məsələyə yönəlib: insan haqlarının pozulması və kütləvi qırğın silahları. Biz bu məsələlərin hər birində İranın davranışında real dəyişiklik əldə etməliyik və yalnız bundan sonra sanksiyalar ləğv edilə bilər".
Lyayen vurğulayıb ki, Aİ sanksiyaları xarici dövlətlərin "davranışını dəyişdirmək üçün bir mexanizm" hesab edir və buna görə də onların ləğvi yalnız "bu davranış dəyişdikdə" mümkündür.
Avropa İttifaqı (Aİ)ABŞ-İran danışıqlarıSanksiya