15 iyun 2026 21:12
91

U-19 millimizin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri

Bu gün 19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2026/2027-ci illər mövsümü üzrə 2-ci seçmə mərhələsinin püşkü atılıb.

“İki sahil” AFFA-nın saytına istinadən xəbər verir ki, püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

B Liqasının 1-ci qrupunda yer alan U-19 Serbiya, Monteneqro və Farer adaları yığmaları ilə mübarizə aparacaq.

Qrup mərhələsinin oyunları 11-17 noyabr aralığında Serbiyada keçiriləcək.