İyunun 16-da Özbəkistan tərəfinin dəvəti ilə V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün bu ölkədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovun iştirakı ilə iki ölkə arasında sənədlər imzalanıb.
“İki sahil” xəbər verir ki, Nazirlər Kabinetindən bildiriblər ki, sənədlər “AzerGold” QSC-nin iştirakı ilə Özbəkistanda qızıl yatağının birgə işlənilməsini, həmçinin “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Özbəkistanın aidiyyəti qurumu arasında bank sahəsində əməkdaşlığı və “NEQSOL Holding” şirkətinin iştirakı ilə Özbəkistanda əhəmiyyətli faydalı qazıntıların birgə işlənilməsini nəzərdə tutur.
Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır
Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir