Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla” may ayı üzrə “Speedtest Global Index” hesabatını təqdim edib. “İki sahil” xəbər verir ki, yeni hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 91,95 Mb/s, mobil internetin median sürəti isə 96,65 Mb/s olub. İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 12,70 Mb/s (16,03 %), mobil internetin sürəti isə 22,82 Mb/s (30,91 %) artıb.
Paytaxtların müqayisəsinə gəlincə isə mayda Bakı şəhərində sabit genişzolaqlı internetin median sürəti 92,19 Mb/s, mobil internetin median sürəti isə 117,08 Mb/s olub. İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 13,33 Mb/s (16,90 %), mobil internetin sürəti isə 26,20 Mb/s (28,83 %) artıb.
Bu artım ölkədə rəqəmsal transformasiyanın, elektron xidmətlərə tələbatın, distant iş və təhsil imkanlarının genişlənməsinin göstəricisidir və Azərbaycanın qlobal internet reytinqlərində mövqeyinin yüksəldiyini təsdiqləyir.
İİB Qrupu ilə əməkdaşlıq Azərbaycan şirkətlərinin beynəlxalq standartlara uyğunlaşmasına töhfə verir
Mikayıl Cabbarov: Azərbaycan Mərkəzi Asiyanın enerji və mineral ehtiyatlarla zəngin ölkələri üçün Qərbə çıxan təbii ixrac marşrutudur
Mikayıl Cabbarov: Azad edilmiş ərazilərin bərpasını milli ideyanın təcəssümü kimi qiymətləndiririk