“ABAD” publik hüquqi şəxsin dəstək göstərdiyi ailə bizneslərinin sayı artmaqda davam edir. 700-cü sahibkar Lənkəran rayonunda fəaliyyət göstərən “İnci Çay” brendinin təsisçisi Xəyalə Abdullayevadır.
“İki sahil” xəbər verir ki, “İnci Çay” brendi Azərbaycanın qədim çayçılıq ənənələrini yaşadaraq Lənkəranda yetişdirilən yüksək keyfiyyətli çay yarpaqlarından hazırlanan məhsulları istehlakçılara təqdim edir. Ənənəvi üsullarla emal olunan çaylar özünəməxsus ətri, dadı və keyfiyyəti ilə seçilir. Brend yerli çayçılıq ənənələrinin qorunub saxlanılmasına və bölgənin kənd təsərrüfatı potensialının tanıdılmasına töhfə verir.
“ABAD” sıralarına qoşulması münasibətilə 700-cü “ABAD”çı Xəyalə Abdullayevaya İçərişəhərdə fəaliyyət göstərən “ABAD” etno-butikində “ABAD” publik hüquqi şəxsin direktor müavini Vüsal Arzumanlı tərəfindən sertifikat təqdim edilib. Burada həmçinin “ABAD”ın fəaliyyəti, sahibkarlara göstərilən dəstək mexanizmləri və “İnci Çay” brendinin məhsulları haqqında məlumat təqdim olunub.
“ABAD” ailə bizneslərinin inkişafına dəstək göstərməklə yerli istehsalın təşviqinə və regionlarda sahibkarlığın genişlənməsinə töhfə verməyə davam edir.
İİB Qrupu ilə əməkdaşlıq Azərbaycan şirkətlərinin beynəlxalq standartlara uyğunlaşmasına töhfə verir
Mikayıl Cabbarov: Azərbaycan Mərkəzi Asiyanın enerji və mineral ehtiyatlarla zəngin ölkələri üçün Qərbə çıxan təbii ixrac marşrutudur
Mikayıl Cabbarov: Azad edilmiş ərazilərin bərpasını milli ideyanın təcəssümü kimi qiymətləndiririk