Qadınlardan ibarət Azərbaycan yığma tennis komandası San-Marinoda keçirilən Billie Jean King Cup turnirində mübarizəyə başlayıb.
“İki sahil” xəbər verir ki, ölkəmizi bu mötəbər yarışda Lalə Eyvazova, Mədinə Babayeva və Mişel Cahangirova təmsil edirlər. Yığma komandamızın məşqçisi isə Rauf Eyvazovdur. Tennisçilərimizə və məşqçilər heyətinə qarşıdakı oyunlarda uğurlar arzulayır, qələbə xəbərlərini səbirsizliklə gözləyirik!