Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatı tərəfindən ərazi partiya təşkilatının sədri Etibar Alıyevin 60 illik yubileyi ilə əlaqədar görüş keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edən YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev Etibar Alıyevin uzun illər ərzində rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyini vurğulayaraq onun yubileyini təbrik edib, gələcək həyatında möhkəm cansağlığı, uzun ömür və yeni uğurlar arzulayıb.
Etibar Alıyev ona göstərilən diqqət və səmimi münasibətə görə minnətdarlığını ifadə edib.
Görüşün sonunda yubilyara Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatı tərəfindən qiymətli hədiyyə təqdim olunub və xatirə şəkli çəkdirilib.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb
Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib