18 iyun 2026 01:11
78

FES baza faiz dərəcəsini 3,5–3,75 % səviyyəsində saxlayıb

ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsini illik 3,5–3,75 % səviyyəsində saxlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə tənzimləyici qurum məlumat yayıb.

Qeyd olunub ki, əvvəlki üç iclasda da FES faiz dərəcəsini dəyişməz saxlamışdı. Bununla yanaşı, ötən il sentyabrdan dekabradək FES faiz dərəcəsini üç dəfə - 4–4,25 % səviyyəsindən cari diapazonadək aşağı salmışdı.