18 iyun 2026 11:51
75

Ombudsmanların Beynəlxalq Bakı Sammiti öz işinə başlayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə Bakı şəhərində 18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə həsr olunmuş “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammiti öz işinə başlayıb.
“İki sahil” xəbər verir ki, tədbirdə 30-a yaxın ölkədən ombudsman və milli insan hüquqları təsisatlarının, bir sıra beynəlxalq təşkilatların rəhbər və nümayəndələri, dövlət orqanlarının yüksək vəzifəli şəxsləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, habelə süni intellekt və insan hüquqları sahəsində tanınmış ekspertlər iştirak edirlər.
Sammitdə rəqəmsal məkanda hüquqların qorunması, məlumatların mühafizəsi, məxfilik və dezinformasiyaya qarşı mübarizə, süni intellektin əmək bazarına və məşğulluğa təsiri, süni intellekt sistemlərində şəffaflıq, ədalət və bərabərlik, rəqəmsal savadlılıq mövzularında panel sessiyalar təşkil olunacaq.