18 iyun 2026 17:36
133

Google altı ildən sonra ilk dəfə...

ABŞ-nin "Google" korporasiyası yeni "Google Home Speaker" ağıllı dinamiki üçün öncədən sifarişləri qəbul etməyə başlayıb. Qiyməti $99,99 olan cihaz iyunun 25-də satışa çıxarılacaq və şirkətin son altı ildə buraxdığı ilk yeni ağıllı dinamik olacaq.

“İki sahil” xəbər verir ki,  "Google Home Speaker" yeni "Gemini for Home" səsli köməkçisi ilə təchiz olunub. Onun köməyi ilə istifadəçilər təbii dildə daha mürəkkəb əmrlər verə, köməkçiyə yenidən müraciət etmədən dialoqu davam etdirə və bir sorğu daxilində eyni anda bir neçə ağıllı ev cihazını idarə edə biləcəklər.

Dinamik həmçinin 360 dərəcəlik səs sistemi, təkmilləşdirilmiş mikrofonlar və korpusun aşağı hissəsində yerləşən işıqlı halqa ilə təmin edilib. Bu halqa cihazın istifadəçini nə vaxt dinlədiyini və ya sorğunu emal etdiyini göstərir. Yeni məhsul bütövlükdə ağıllı ev sisteminin mərkəzi idarəetmə nöqtəsi kimi istifadə oluna bilər.