18 iyun 2026 20:21
102

Vens: Beynəlxalq su yolları ödənişsiz olmalıdır

Beynəlxalq su yolları ödənişsiz olmalıdır.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens keçirdiyi brifinqdə deyib. O bildirib ki, Anlaşma Memorandumunda qeyd olunan 60 günlük möhlətdə də bu nəzərdə tutulub.

"Anlaşma Memorandumunda Oman, İran və Körfəz koalisiyasının gələcəkdə boğazlar üçün müvafiq təhlükəsizlik çərçivəsi müəyyən etməsi nəzərdə tutulur. Biz bunun bir daha baş verməsini istəmirik. Söhbət sadəcə pullu yoldan deyil, boğazların bir daha qlobal iqtisadiyyat üçün blok nöqtəsi kimi istifadə edilməməsini təmin etməkdən gedir”,- deyə o əlavə edib.