Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı tərəfindən “Veteranlarımız” layihəsi çərçivəsində yubilyar partiya veteranları ilə görüş keçirilib. İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“İki sahil” xəbər verir ki, görüşdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev partiya veteranlarını doğum günü münasibətilə təbrik edib. Sədr bildirib ki, onlar Ulu Öndər Heydər Əliyev ideyalarına inam və ehtiramlarını nümayiş etdirib, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinə və partiyaya sədaqətlərini əməli işləri ilə təsdiq ediblər.
75 yaşı tamam olan Nuriyev Malik Nuru oğlu və 65 yaşı tamam olan Məmmədova Asudə Sərhəd qızı çıxışlarında fəxrlə vurğulayıblar ki, Yeni Azərbaycan Partiyasının ailəsinə mənsub olmaq hər bir üzv üçün böyük şərəf və qürur mənbəyidir. Onlar Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezident İlham Əliyevin sarsılmaz polad iradəsi və rəhbərliyi sayəsində xalqımızın imza atdığı şanlı tarixi zəfərlərin hər bir azərbaycanlının qəlbində sonsuz iftixar hissi doğurduğunu xüsusi qeyd ediblər.
Seyfəddin Əliyev yubilyarlara rayon təşkilatı tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim edib.
Sonda xatirə şəkli çəkdirilib.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində gənclərin maarifləndirilməsi istiqamətində geniş fəaliyyət həyata keçirilib -
Efiopiya ilə həssas qruplara xidmətlər sisteminin inkişafı sahəsində əməkdaşlıq sənədi imzalanıb
Gənclərin İnkişaf və Karyera Mərkəzi şəhərsalma və memarlıq sahəsində gənclərin iştirakını genişləndirməyi hədəfləyir