20 iyun 2026 14:00
105

Azərbaycanda istehlak bazarı 5 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 33,1 milyard manat olub.

“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin yanvar-may aylarına nisbətən real ifadədə 4,5 % artıb, ümumi dəyərin 77,1 %-ini pərakəndə ticarət dövriyyəsi, 19,5 %-ini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,4 %-ini isə ictimai iaşə dövriyyəsi təşkil edib.

Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2025-ci ilin yanvar-may ayları ilə müqayisədə 4,1 % artaraq 31,5 milyard manata bərabər olmuş, onun 41,1 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb. Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 644,5 manat və ya 2025-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 57,9 manat çox vəsait xərcləyib.