Sumqayıtda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
“İki sahil” xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 1969-cu il təvəllüdlü Mehman Həsən oğlu Baytev yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəstəxanaya çatdırılan M.Baytevə tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.