Yunanıstanın Volos şəhərində təşkil olunan atletika üzrə Balkan Çempionatına yekun vurulub. “İki sahil” xəbər verir ki, mötəbər yarışda ölkəmizi təmsil edən Anna Skidan uğurlu çıxışla yadda qalıb. Atletimizin çəkicatma növündə nəticəsi 64.55 metr olub. Bu göstərici ilə Skidan Balkan çempionatında 3-cü yeri tutub.