ABŞ dövlət katibi Marko Rubio 23-25 iyun tarixlərində BƏƏ, Küveyt və Bəhreynə səfər edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Dövlət Departamentinin məlumatında qeyd olunub ki, Marko Rubio 23-25 iyun tarixlərində BƏƏ, Küveyt və Bəhreynə səfər edəcək. Açıqlamada deyilir ki, Ruboi region üçün bir sıra prioritet məsələləri müzakirə edəcək.
Dövlət Departamentinin məlumatına görə, Rubio bu ölkələrin hakimiyyət orqanları ilə ABŞ və İran arasında anlaşma memorandumunu, Hörmüz boğazında sərbəst və təhlükəsiz naviqasiyanın bərpası səylərini və regionda sülh və sabitliyin əhəmiyyətini müzakirə edəcək.
Bəhreyndə onun Körfəz Əməkdaşlıq Şurasının üzvləri ilə görüşməsi gözlənilir.