24 iyun 2026 13:29
98

Paytaxtda və bölgələrdə yağış yağacaq

Azərbaycanda iyunun 25-nə gözlənilən hava şəraiti açıqlanıb.

“İki sahil” xəbər verir ki,  Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı proqnozlaşdırılır. Gecə yarımadanın ayrı-ayrı yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək.

Havanın temperaturunun gecə 19-22, gündüz 27-32 dərəcə isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 757 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və axşam yağıntıların bir qədər güclənəcəyi proqnozlaşdırılır. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 19-22, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 18-23, bəzi yerlərdə 25-27 dərəcə isti olacağı bildirilir.