26 iyun 2026 19:15
106

Türkiyədə komendant saatı tətbiq olunaq?

"NATO sammiti ilə əlaqədar Ankarada iki günlük komendant saatı tətbiq olunacağı ilə bağlı bəzi sosial mediada yayılan iddialar yalandır. 7-8 iyul 2026-cı il tarixlərində keçiriləcək sammitlə əlaqədar Ankarada komendant saatı yoxdur".

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Şöbəsinin məlumatında deyilir.

Həmçinin qeyd olunub ki, hakimiyyət orqanları sammitdən əvvəl əhali arasında panik və qeyri-müəyyənlik yaratmaq məqsədi daşıyan bu əsassız iddialarla bağlı bütün zəruri hüquqi prosedurları həyata keçirib.