27 iyun 2026 11:25
89

BMT: Sudan yeni humanitar fəlakətin astanasındadır

BMT-nin Siyasi Məsələlər və Sülh Quruculuğu üzrə Baş katibinin müavini Rozmari DiKarlo xəbərdarlıq edib ki, Sudan yeni humanitar fəlakətin astanasındadır. O, Şimali Kordofan əyalətinin paytaxtı əl-Ubayyid şəhərinə yaxın vaxtlarda hücum ediləcəyi ehtimalının artdığını bildirib.

“İki sahil” “əş-Şarq əl-Avsət” nəşrinə istinadla xəbər verir ki, son iki həftə ərzində Sudanda mərkəzi hakimiyyətə qarşı silahlı mübarizə aparan çevik dəstək qüvvələri və Sudan ordusu arasında əl-Ubayyid ətrafında qarşılıqlı PUA hücumlarının sayı artıb.

BMT rəsmisi vurğulayıb ki, bölgədə hərbi əməliyyatların genişlənməsi yüz minlərlə mülki sakini birbaşa təhlükə ilə üz-üzə qoya bilər.