27 iyun 2026 12:42
135

Azərbaycan pambıq ipliyi istehsalını 44 % artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 10,7 min ton pambıq ipliyi istehsal edilib.

“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44 % çoxdur.

Bu il iyunun 1-nə ölkədə 3,1 min ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 21,8 min ton pambıq ipliyi istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 18,4 % çoxdur.