Bu ilin yanvar-may aylarında Azərbaycanda 169,5 ton mis məftil istehsal edilib.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 dəfə çoxdur.
Bu il iyunun 1-nə, sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı olmayıb.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 114,6 ton mis məftil istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 78,6 % azdır.