Rusiya Aerokosmik Qüvvələri və Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələri Asiya-Sakit Okean regionunda birgə 6 saatlıq patrul xidməti həyata keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Rusiyanın Tu-95MS strateji raketdaşıyıcıları və Çinin H-6K strateji bombardmançı təyyarələrindən ibarət hava qrupu Şərqi Çin dənizi, Sakit okeanın qərb suları üzərində hava patrulu həyata keçirib. Birgə uçuş təxminən altı saat davam edib”, - deyə məlumatda bildirilir.