Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi çərçivəsində icra olunan layihə əsasında 30 şəhər və rayonda sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir.
“İki sahil” xəbər verir ki, b u mərkəzlər Ağstafa, Balakən, Bərdə, Beyləqan, Daşkəsən, Gəncə, Goranboy, Göygöl, Qax, Qazax, Qəbələ, Qobustan, Qusar, Kürdəmir, Masallı, Mingəçevir, Naftalan, Neftçala, Oğuz, Sabirabad, Salyan, Samux, Şabran, Şamaxı, Şəki, Tərtər, Tovuz, Yevlax, Zaqatala və Zərdabda yerləşir. Sosial reabilitasiya mərkəzlərində əlilliyi olan uşaqlara sosial-psixoloji reabilitasiya və abilitasiya xidmətləri göstərilir. Bu xidmətlər çərçivəsində uşaqlarla fərdi və qrup şəklində psixoloji məşğələlər keçirilir, onların sosial ünsiyyət və özünəqulluq bacarıqlarının inkişafı istiqamətində iş aparılır. Layihə əlilliyi olan 1500-dən çox uşağı əhatə edir. Məqsəd əlilliyi olan uşaqların sosial reabilitasiya xidmətləri ilə əhatə olunaraq, cəmiyyətə inteqrasiyasının dəstəklənməsi məqsədi daşıyır.
YAP Nizami rayon təşkilatının fəalları, gəncləri və könüllüləri Qarabağa səfər ediblər
Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib
Ortaq əlifbanın tətbiqi türk xalqları arasında inteqrasiyanın daha da dərinləşməsi üçün mühüm zəmin yaradacaq