28 iyun 2026 16:32
115

Gəncədə sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib

Gəncədə sürücü sükan arxasında dünyasını dəyişib.

Hadisə şəhər ərazisində qeydə alınıb.

"Kia" markalı avtomobilin sürücüsü Rəşid Allahverdiyev (1977-ci i təvəllüdlü) idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi maneəyə çırpılıb. Məlum olub ki, 49 yaşlı sürücü sükan arxasında ürək tutmasından vəfat edib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

"Report"