"Opta" analitik portalı Dç-2026-nın qrup mərhələsinin rəmzi komandasını tərtib edib.
“İki sahil” xəbər verir ki, heyətdə aşağıdakı futbolçular yer alıb:
Qapıçı: Vozinya (Kabo-Verde)
Müdafiəçilər: Marven Senaya (Qana), Pau Kubarsi (İspaniya), Diney Borjeş (Kabo-Verde), Keito Nakamura (Yaponiya)
Yarımmüdafiəçilər: Ueston Makkenni (ABŞ), Pedro Vite (Ekvador)
Hücumçular: Lionel Messi (Argentina), Vinisius Junior (Braziliya), Kilian Mbappe (Fransa), Erlinq Haland (Norveç)
Xatırladaq ki, DÇ-2026-da qrup mərhələsi bu gün başa çatıb. 1/16 finalın ilk oyunu isə bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu oyunda CAR və Kanada milliləri üz-üzə gələcək.