Həftəsonu Almaniyada çimərliklərdə azı 26 nəfər həyatını itirib və ya itkin düşüb.
“İki sahil” “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bu barədə Alman Həyat Xilasetmə Cəmiyyətinin (DLRG) məlumatında qeyd olunub.
Məlumatda isti hava şəraitində çimərliklərdə və digər su hövzələrində təhlükələrə laqeyd yanaşılması hallarının olduğu bildirilib. Xüsusilə kişilərin öz imkanlarını həddindən artıq yüksək qiymətləndirərək təhlükəli risklər etdikləri vurğulanıb. Bu da suda boğulanların nisbətində özünü açıq şəkildə göstərir. Belə ki, ötən il Almaniyada suda boğulanların 82 faizi kişilər olub.
Qazaxıstanla Almaniya energetika və kritik minerallar sahələrində əməkdaşlığı müzakirə edib
Hayk Koncoryan və Vaaqn Aleksanyan Ermənistan parlamentinin sədr müavinliyinə namizəd irəli sürülüblər