01 iyul 2026 14:53
70

“Fərdi jurnalist müsabiqəsi”nin nəticələri açıqlanıb

Qaliblər arasında "İki sahil"in əməkdaşı da yer alıb

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən mayın 13-də elan edilmiş "Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb.

“İki sahil” xəbər verir ki, müsabiqədə “Ən yaxşı reportaj”, “Ən yaxşı ictimai-siyasi təhlil”, “Ən yaxşı sosial-iqtisadi təhlil”, “Ən yaxşı müsahibə”, “Ən yaxşı mədəniyyət materialı”, “Ən yaxşı köşə yazısı”, “Ən yaxşı jurnalist araşdırması”, “Ən yaxşı oçerk”, “Ən yaxşı ictimai-siyasi reportaj”, “Ən yaxşı sosial-iqtisadi reportaj” və “Ən yaxşı tematik (idman, mədəniyyət və s.) reportaj” nominasiyaları üzrə qaliblər müəyyənləşib.

Qeyd edək ki, qaliblər arasında "İki sahil"in əməkdaşı da yer alıb.