01 iyul 2026 15:36
130

Google Gmail-də səsli süni intellekt axtarışını sınaqdan keçirməyə başlayıb

ABŞ-nin "Google" korporasiyası "Gemini" süni intellektinin köməyi ilə poçt qutusunda məlumatları səs vasitəsilə axtarmağa imkan verən "Gmail Live" funksiyasını sınaqdan keçirməyə başlayıb. Bu imkan hazırda "Android" və "iOS" əməliyyat sistemlərində işləyən fərdi "Gmail" istifadəçilərinin müəyyən bir qrupuna beta rejimində təqdim edilib.

“İki sahil” xəbər verir ki,  "Gmail Live" funksiyasının köməyi ilə istifadəçilər öz poçt qutularına təbii dildə suallar ünvanlaya bilərlər. Məsələn, xidmət əl ilə açar sözlər seçməyə ehtiyac qalmadan səyahətlər, sifarişlər, görüşlər və ya yazışmalar barədə məlumatları müstəqil şəkildə tapmaq qabiliyyətinə malikdir. Yeni funksiya "Ask Gmail" sətrindəki xüsusi "Live" işarəsinə klikləməklə aktivləşir.

"Google" şirkəti "Gmail Live" funksiyasını ilk dəfə "I/O 2026" konfransında elan etmişdi. Hazırda bu imkana fərdi "Gmail" hesablarından istifadə edən "Google AI Pro" və "Ultra" abunəçiləri çıxış əldə ediblər. Şirkət gələcəkdə "Gmail"-in süni intellekt funksiyalarını "Workspace" korporativ paketində də inkişaf etdirməyi planlaşdırır.