02 iyul 2026 13:03
94

Daha iki yol sahəsində təmir işləri icra edilir

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədi ilə, daha iki yol sahəsində təmir işləri icra edilir. “İki sahil” xəbər verir ki, bununla əlaqədar olaraq nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq olunur:

Xan Şuşinski küçəsi (Rəşid Behbudov küçəsindən Vaqif küçəsinədək)

* 02.07.2026 saat 10:00-dan 04.07.2026 saat 07:00-dək – yol tam bağlanır.

Hüseyn Cavid prospekti (Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Lev Landau küçəsinədək)

* 02.07.2026 saat 10:00-dan 03.07.2026 saat 22:00-dək – hərəkət qismən məhdudlaşdırılır.
* 03.07.2026 saat 22:00-dan 06.07.2026 saat 07:00-dək – yol tam bağlanacaq.

Sürücülərdən qeyd olunan tarixlərdə alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.