02 iyul 2026 15:46
89

Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə iyul ayı üzrə vətəndaş qəbulu qrafikini açıqlayıb

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin iyul ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən İki sahil"ə bildirilib ki, qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılır, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülür.

Vətəndaş qəbulu qrafikdə nəzərdə tutulmuş rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilir. Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) zəng etməklə qeydiyyatdan keçə bilərlər. Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.