03 iyul 2026 19:09
97

Aİ Türkiyəyə nə cavab verəcək?

Türkiyə Avropanın Vahid Ödəniş Zonası (SEPA) sisteminə qoşulmaq üçün rəsmi müraciət edib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin maliyyə naziri Mehmet Şimşək sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, İstanbulda keçirilən Türkiyə-Avropa Birliyi Yüksək Səviyyəli İqtisadi Dialoq toplantısında maliyyə-iqtisadi əməkdaşlığın genişləndirilməsi və ödəniş sistemlərinin inteqrasiyası müzakirə olunub.

Nazir qeyd edib ki, SEPA-ya üzvlük sərhədlərarası ödənişləri vətəndaşlar və biznes üçün daha sürətli, ucuz və təhlükəsiz edəcək.