06 iyul 2026 23:11
104

“Astana günü” münasibətilə keçirilən konsertlərdə 100 mindən çox insan iştirak edib

Qazaxıstanda “Astana günü” münasibətilə şəhərin iki ən böyük meydanında - “Astana Arena” stadionu və “Qazax eli” monumentinin qarşısında eyni vaxtda təşkil olunan irimiqyaslı “Open Air” konsertlərində 100 mindən çox paytaxt sakini və qonaq iştirak edib.

“İki sahil” xəbər verir ki, bu barədə məlumat Astana şəhər akimatının rəsmi saytında yer alıb.

Builki musiqili proqramların əsas xüsusiyyəti müasir rəqəmsal texnologiyalardan və süni intellekt elementlərindən geniş istifadə edilməsi olub. Belə ki, “Astana Arena”dakı şouda rəqəmsal virtual aparıcı çıxış edib, “Qazax eli” meydanındakı proqram isə süni intellekt vasitəsilə generasiya olunan unikal multimedia effektləri ilə müşayiət olunub.

Qeyd edək ki, paytaxt günü çərçivəsində şəhərdə səhər saatlarından etibarən müxtəlif festivallar, idman yarışları, sərgilər və yarmarkalar keçirilib.