09 iyul 2026 13:10
410

Deputat Xanlar Fətiyev seçiciləri ilə görüşüb

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Xanlar Fətiyev iyulun 8-də Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə birlikdə Bərdə rayonunun Böyük Göyüşlü kəndində olublar.

Böyük Göyüşlü kəndində əsaslı təmirə ehtiyacı olan uşaq bağçasına yerində baxış keçirilib, vətəndaşları narahat edən məsələlər dinlənilib və həlli istiqamətində müzakirələr aparılıb. 

Daha sonra millət vəkili Xanlar Fətiyev YAP Bərdə rayon təşkilatında seçicilərlə növbəti qəbul-görüşünü keçirib. Görüş zamanı vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən sosial-məişət məsələləri ilə bağlı müzakirələr aparılıb. Qaldırılan problemlərin bir qisminin yerindəcə həlli üçün tədbirlər görülüb, digər müraciətlər isə araşdırılması və həlli məqsədilə aidiyyəti üzrə yönləndirilib.