12 iyul 2026 01:35
83

Hörmüz boğazı ilə bağlı yeni təklif

Oman Maskatda keçirilən danışıqlar zamanı İrana Hörmüz boğazında gəmiçiliyin iki sahəyə bölünməsini təklif edib.

“İki sahil” xəbər verir ki,  bu barədə CNN telekanalı mənbəyə istinadla məlumat yayıb.

"Oman sularından keçən cənub marşrutu üzrə gəmilərin sərbəst hərəkəti təmin ediləcək. İran sularından keçən şimal marşrutu isə Tehranın əvvəlcədən razılığı əsasında fəaliyyət göstərəcək, lakin tranzit rüsumu tutulmayacaq", - məlumatda bildirilir.

Bildirilib ki, təklif hələ müzakirə mərhələsindədir.

Daha əvvəl "Axios" portalı mənbələrə istinadla xəbər verib ki, Tehran və Maskat Hörmüz boğazının mərkəzi hissəsində gəmiçilik marşrutunun tam açılması imkanını müzakirə ediblər.