"Venetsiya" baş məşqçisi Covanni Stroppa ilə yeni müqavilə imzalayıb.
“İki sahil” xəbər verir ki, A seriyasına vəsiqə qazanan İtaliya klubu 57 yaşlı mütəxəssislə sözləşmənin müddətini 2029-cu ilin yayına qədər uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Stroppa 2025-ci ilin yayından "Venetsiya"yanı çalışdırır. Onun rəhbərliyi altında komanda ötən mövsüm B Seriyasının qalibi olaraq yenidən elitaya yüksəlib.