11 iyul 2026 20:35
696

YAP Daşkəsən rayon təşkilatının ərazi partiya təşkilatında yığıncaq keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Dəstəfur ərazi partiya təşkilatında yığıncaq keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Daşkəsən rayon təşkilatı aparatının məsləhətçisi Sərdar Xıdırov Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, misilsiz nailiyyətlərdən, həmçinin Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasətdən bəhs edib. 

Digər çıxış edənlər də müzakirə olunan məsələlər barədə fikirlərini bildiriblər.

Yekunda Yusif Haqverdiyev Dəstəfur ərazi partiya təşkilatının sədri, Zabit Həsənov isə sədr müavini seçilib.