12 iyul 2026 23:23
94

Uolts ABŞ ilə İran arasında nüvə danışıqlarının aparıldığını təsdiqləyib

Vaşinqton və Tehran İranın nüvə proqramına dair texniki məsləhətləşmələri dayandırmır.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "Fox News" telekanalının efirində bildirib.

"Vurğulamaq vacibdir ki, prezidenti Tramp (ABŞ Prezidenti Donald Tramp) üçün əsas prioritet olan nüvə proqramına dair texniki məsləhətləşmələr kəsilmir", - o vurğulayıb.

Diplomat əlavə edib ki, danışıqlar yoxlamaların keçirilməsi məsələsi, zənginləşdirilmiş uranın taleyi və zənginləşdirmə proqramına aiddir.