13 iyul 2026 23:14
123

Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir

Kriştiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" klubunda maliyyə çətinlikləri yaranıb.

“İki sahil” xəbər verir ki, "Arriyadiyah" nəşrinin məlumatına görə, bu səbəbdən komandanın bəzi futbolçularına iyun ayı üzrə maaşlar tam ödənilməyib. Bildirilir ki, klub rəhbərliyi yaxın günlərdə bütün ödənişləri tamamlamaq üçün çalışır.

Maliyyə problemləri transfer planlarına da təsir edib. Belə ki, "Əl-Nəsr" xorvatiyalı yarımmüdafiəçi Marselo Brozoviçin ayrılığından sonra onun yerinə əcnəbi futbolçu transfer etmək niyyətində olsa da, proses müvəqqəti dayandırılıb.

Qeyd edək ki, "Əl-Nəsr" ötən mövsüm Səudiyyə Ərəbistanı çempionu olub.